07:13
(077) 610-22-33

Tarixi abidədə yanğın - 5 yaşlı uşaq öldü (Yenilənib)

  • >
2 305 25 Avqust 2016 20:31 | Hadisə

Ağdaş şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın 19 əsrdə tikilmiş, ümumi sahəsi 1690 kv. metr olan “Qarabəy karvansarayı” tarixi abidəsinin yaşayış hissəsində baş verib.


Rayon sakini 1971-ci il təvəllüdlü Fərrux Qurbanova məxsus sahəsi 28 kvadratmetr olan bir otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün FHN-nin iki yanğınsöndürən avtomobili cəlb olunub. Hadisə zamanı ev, içərisində olan əşyalarla birlikdə yanıb. Ev sahibinin qızı 2011-ci il təvəllüdlü Şəfiqə Qurbanova tüstüdən boğularaq dünyasını dəyişib.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Yanğının genişlənməsinin qarşısı alınıb və tarixi abidə yanğından mühafizə edilib.

Qeyd edək ki, binada ona yaxın ticarət və iaşə obyektləri fəaliyyət göstərir.

APA.az

***
19:18

Ağdaş rayonunda yanğın olub.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 1690 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.
Bağla X