19:39
(077) 610-22-33

Sumqayıtda şok olay - Həkim 5-ci mərtəbədən yıxılan uşağı tutdu

  • >
5 250 25 Avqust 2016 19:49 | Hadisə

Bu gün günorta saatlarında Sumqayıt şəhərində qəribə hadisə baş verib. Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən az yaşlı uşağın yıxıldığını görüb və özünü itirmədən onu göydə tutmağa müvəffəq olub.


AzNews.az xəbər verir ki, hadisəni Lent.az-a danışan Ç.Cahangirova deyib ki, uşaq eyvandan yıxılarkən valideyni evdə yox imiş: " Biz bildiyimizə görə, valideyn həmin an evdə yox idi. Elə işdən çıxarkən həmin binanın yanından keçirdim. Gördüm ki, binanın 5-ci mərtəbəsində bir uşaq həyəcanla " Ana! Ana!" deyə qışqırır. Diqqətimi çəkdi. Uşağın yıxılacağını təxmin etdiyim üçün yolu keçib eyvanın düz altında dayandım. Ətrafdakılar, valideynlərini səslədim ki, kimsə köməyə gələ. Uşaq əvvəlcə eyvanlarının küncündən sallanmışdı, sonra yıxılaraq 4-cü mərtəbənin ipindən tutdu. Həmin an valideyn eyvana çıxdı. Qollarımı açıb uşağı tutmaq üçün dayandım. Çox şükür ki, tuta bildim. Hər ikimiz də yerə yıxıldıq, amma heç birimiz xəsarət almamışıq".

Qeyd edək ki, Təcili Tibbi Yardım əməkdaşının xilas etdiyi uşaq 4 yaşlı Cavid olub.

Xatırladaq ki, hadisə ilə bağlı ilk məlumatı manevr.az saytı yaymışdı.
Bağla X