Ermənilər təyyarəni insanların “başına” endirdi

AzNews.az-ın Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, Konqo Respublikasında İL-76 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin 7 ekipaj üzvündən 5-i erməni, 2-i isə afrikalıdır.

Onların hamısı Afrika ölkəsində müqavilə əsasında işləyib. Təyyarə Brazzavilya hava limanında çətin meteoşəraitdə eniş edərkən qəzaya uğrayıb. Təyyarə hava limanı yaxınlığındakı binaları yararaq dərəyə düşüb və parçalanaraq alovlanıb.

Qəza nəticəsində zərərçəkmiş evlərdə ən azından 20 nəfər həlak olub, 20-dən çox insan isə yaralanıb.

İnci
AzNews.az