13:03
(077) 610-22-33

Cəbhədə gərginlik davam edir

  • >
408 3 Dekabr 2012 09:05 | Hadisə

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Cəvahirli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az
Bağla X