11:33
(077) 610-22-33

“Radikal islamçılar” 10 xristianı doğradı

  • >
407 3 Dekabr 2012 09:06 | Hadisə

Nigeriyada radikal "Boko haram" qruplaşmasının üzvləri ölkənin şimal-şərqindəki qəsəbəyə hücum edərək 10 xristianı öldürüblər. "Reuters"in məlumatına görə, hadisə gecə saatlarında, qəsəbə əhalisinin yuxuda olduğu vaxt törədilib.

Özlərini "radikal islamçılar" adlandıran qrup üzvlərinin öldürdükləri şəxsləri doğradıqları, evlərini isə yandırdıqları yayılan məlumatlar arasındadır.

Bundan əvvəl isə qruplaşma üzvləri 3 kilsəni və polis məntəqəsini yandırıb. Qeyd edək ki, qruplaşma Nigeriyanın şimalında şəriət dövləti yaradılması uğrunda mübarizə aparır. Hökumətə qarşı silahlı mübarizəyə 2010-cu ildə başlayan qrupun qurbanlarının sayı 1000 nəfərə çatıb. Onlardan 700-ü bu il ərzində öldürülüb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X