Qiyamət gününə əyləncə təklifi

İsveçrənin Cenevrə şəhərində 21 dekabra qəribə hazırlıq diqqəti çəkib. Belə ki, şəhərdə "qiyamət günü olan 21 dekabrda xoşbəxt olmaq istəyirsinizcə, bu günü bizimlə keçirin" yazılan elanlar asılıb.

Şəhər rəhbərliyi əxlaqa və tərbiyəyə zidd olduğunu bildirərək elanların hamısını yığışdırıb. Məsələ burasındadır ki, elan müəllifləri qiyamət gününü qadınlarla birlikdə keçirməyə çağırırdılar.

Elnarə Əlosmanqızı
AzNews.az