Məktəbdə bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvanın qərbində yerləşən 37 saylı məktəb partlayış təhlükəsinə görə boşaldılıb. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, "102" xidmətinə 11.20-də anonim zəng daxil olaraq 37 saylı məktəbə partlayıcı qurğu yerləşdirildiyini bildirib.

Məktəbin yerləşdiyi əraziyə dərhal polis əməkdaşları və kinoloqlar cəlb olunub. Şagirdlər və məktəb kollektivi ərazidən uzaqlaşdırılıb. Hazırda məktəbdə axtarış aparılır.

Elnarə Əlosmanqızı
AzNews.az