Maskalılar İbrahimovun evinə girdi

Noyabrın 12-də üzlərində maska olan şəxslər C.Şərifov küçəsində yaşayan İlkin İbrahimovun evinə daxil olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin şəxslər bıçaq və tapançaya oxşar əşya ilə hədə-qorxu gəlib 1 cüt sırğa və 1 ədəd qızıl boyunbağı alaraq gediblər.

Sabunçu RPİ CAŞ, 12 və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı Eldar Lançova, Bakı şəhər sakinləri Cavanşir Qəmbərov və Əsəd Məmmədov tutulub. Cinayətdə şübhəli bilinən digər şəxslərin isə saxlanılması istiqamətində əməliyyat tədbirləri keçirilir.

AzNews.az