Kanadalı müəllimin Bakıda meyiti tapıldı

Bakıda işləyən kanadalı müəllim ölüb. Lent.az-ın məlumatına görə, bu gün saat 09.00 radələrində Şahbazi küçəsi 8, mənzil 73 ünvanından Kanada vətəndaşı, 1944-cü il təvəllüdlü Maykl Con Knottonun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. 68 yaşlı kanadalının meyiti ekspertizaya göndərilib. Məlumata görə, M.C.Knotton Bakıda fəaliyyət göstərən beynəlxalq "CYSA" məktəbində müəllim işləyirmiş. O, həmin ünvanda kirayə yaşayırmış. Hazırda Kanadadan gəlmiş müəllimin ölüm səbəbləri araşdırılır.

AzNews.az