Onun seçkilərlə bağlı bəyanatı ciddi problem yaradıb Onun seçkilərlə bağlı bəyanatı ciddi problem yaradıb

Prezidentin qudası vəzifəsini niyə itirdi? - SƏBƏB

Onun seçkilərlə bağlı bəyanatı ciddi problem yaradıb

İran prezidenti Mahmud Əhmədinejadın qudası, Prezident Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayini vəzifəsindən azad etməsi ilə bağlı qərarı birmənalı qarşılanmayıb.



Bundan sonra Məşayi Qoşulmama Hərəkatında İran prezidentinin müşaviri vəzifəsində çalışacaq. İranın müxalifyönlü mətbuatının məlumatına görə, prezidentin öz qudasını daha aşağı vəzifəyə təyin etməsinin səbəbi Rəhim Məşayinin gələn il keçiriləcək seçkilərdə iştirak edəcəyi ilə bağlı bəyanatları olub: "Bundan əvvəl Məşayi bildirmişdi ki, seçkilərdə iştirakına heş kəs mane ola bilməz".
Bundan başqa İran rəsmilərindən fərli olaraq Məşayi hətta İsraillə dost ola biləcəklərinə dair bəyanatlarla gündəmə gəlmişdi.

Son prezident seçkilərindən sonra vitse-prezident təyin edilən Məşayi ali dini rəhbər Seyid Əli Xamneyinin tapşırığı ilə bu vəzifədən uzaqlaşdırılıb. Daha sonra Prezident Administirasiyasının rəhbəri təyin olunan Məşayi 2011-ci ildə bu vəzifədən də kənarlaşdırılıb. Daha sonra Prezident Ofisinin rəhbəri təyin olunan Əhmədinejadın qudası seçkilərdə iştirak edəcəyi ilə bağlı bəyanatı ilə bu vəzifəsini də itirib.

Alpər Oğuz
AzNews.az