Rüstəm İbrahimbəyovun şikayəti təmin olunmadı

Ali Məhkəmədə kinorejissor Rüstəm İbrahimbəyovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) qarşı kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, prosesdə kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub.

Qeyd edək ki, R. İbrahimbəyov Bakının Bayıl qəsəbəsində kino kompleksi tikmək üçün torpaq sahəsi alıb. Lakin sonradan ARDNŞ torpağın neft şirkətinə məxsus olması barədə iddia qaldırıb. Məhkəmə isə həmin torpağın geri qaytarılması barədə qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

AzNews.az