İrandan ölkəmizə heroin keçirərkən yaxalandı

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Ağaverdi Səfərov üzərində şəxsi yoxlama keçirilib. Dövlət Gömrük Komitəsinin rəsmi saytında verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, çəkisi 48,201 qram olan heroin aşkar edilib.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda isə İrandan Azərbaycana gələn soydaşımız Kamil Paşayevin üzərində şəxsi yoxlama zamanı 1 ədəd bükümdə, çəkisi 0,276 qram olan tiryək aşkar edilib.

AzNews.az