15:10
(077) 610-22-33

DİN hospitalında gözlənilməz həbs – YENİLƏNİB - EKSKLÜZIV

  • >
3 876 5 Dekabr 2012 18:49 | Hadisə

Hospitalın qəbul otağının müdiri, polis polkovnik-leytenantı Həbib Məmmədov qandallandı



Əldə etdiyimiz son məlumata görə, Həbib Adaş oğlu Məmmədovun həbs edilməsinə səbəb hospitala müraciət edən Sabunçu rayon 12-ci polis bölməsinin sahə müfəttişi, polis kapitanı Ümid Umudovdan 120 manat rüşvət almasıdır.

Məlumatda qeyd olunur ki, Həbib Məmmədov ötən il də rüşvət aldığına görə həbs olunub. Lakin sonradan məlum olmayan səbəblərdən azad edilərək vəzifəsinin icrasını davam etdirib.

Redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, hazırda Həbib Məmmədovun həyat yoldaşı, 12 saylı poliklinikanın baş həkiminin müavini işləyən İlhamə Məmmədova Daxili İşlər Nazirliyinin xüsusi idarəsində izahat verir. Rüşvət məsələsində onun da əli olduğu istisna edilmir.

***

17:49

Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının qəbul otağının müdiri, polis polkovnik-leytenantı Həbib Məmmədov həbs edilib.

AzNews.az-a daxil olan məlumata görə, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları dekabrın 4-də günorta saatlarında həmin vaxt qəbul şöbəsində olanların gözü önündə H.Məmmədovun qollarını qandallayaraq aparıblar.

İnformasiyanı dəqiqləşdirmək üçün DİN-in mətbuat xidməti ilə əlaqə saxlasaq da telefonlarımıza cavab verən olmadı. Hospitaldan isə sualı ümumiyyətlə cavablandırmaq istəmədilər.

Elnur Əzimov
AzNews.az
Bağla X