11 yaşlı qız məktəbə qumbara gətirdi

Avstraliyada məktəbli qız dərsə qumbara gətirib. Nyukasl şəhərinin məktəblərindən birində oxuyan şagirdin bu hərəkəti müəllim və şagirdlərin təşvişinə səbəb olub.

11 yaşlı qız gətirdiyi qumbaranın nə olduğunun fərqinə varmayıb və dərs prosesində qumbaranı çıxararaq göstərib.

"Ancaq sonradan məlum olub ki, qumbara həqiqidir" deyə məktəbin rəhbəri Boyd Allen bildirib. Şagirdlər dərhal evakuasiya edilib və məktəb boşaldılıb.

Elnarə
AzNews.az