5 ildir axtarışda olan şəxs tutulub 5 ildir axtarışda olan şəxs tutulub

Polis xüsusi əməliyyat keçirdi

5 ildir axtarışda olan şəxs tutulub



Bakıda polis ötən gecə xüsusi əməliyyat keçirib. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən (RPİ) bildirilib. Məlumata görə, Suraxanı RPİ əməkdaşları 30-cu Polis Bölməsinin inzibati ərazisində xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı narkotik vasitələrin qanunsuz istehsalı ilə məşğul olan Hövsan qəsəbə sakini, 2008-ci ildən axtarışda olan İsgəndər Nuru oğlu Səfərov saxlanılıb.

Onun yaşadığı evdən 250 qutu marixuana, əlavə olaraq 20 kiloqram narkotik vasitə və narkotik bitkilərin becərilməsi üçün lazım olan xüsusi vasitələr aşkar edilərək götürülüb. Hazırda polis ifşa olunan şəbəkədə narkotik vasitələrin istehsalı ilə məşğul olan digər şəxslərin olub-olmadığını araşdırır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az