Paytaxt polisi barda atışdı

Moskva ətrafı barların birində polis əməkdaşı xidməti silahından atəş açıb. Dostu və iki qadınla birgə paytaxt Moskvadan İvanovodakı bara gələn polis kapitanı onlara barın mərkəzindəki masaların birində oturmağı təklif edib. Alkoqol qəbul etdikdən sonra ürəklənən polis silahla necə davrandığını göstərmək eşqinə düşüb və üstündə gəzdirdiyi silahla tavana atəş açıb. Bu hərəkəti ilə o, nəinki müştəriləri, həm bə işçiləri təlaşa salıb.

Bütün baş verənlər kameraya düşdüyündən polis kapitanı əməlini inkar edə bilməyib. Polis şöbəsinə qandallanaraq gətirilən kişi qanun qarşısında cavab verməli olacaq.

İnci
AzNews.az