İnternetdə tanış olub özlərini öldürdülər - DƏHŞƏT

Çexiyada bir həftə bundan əvvəl baş verən kütləvi intihar hadisəsinin sirri məlum olub. Praqa yaxınlığındakı meşədə qrup şəklində intihar edən bir qadın və iki kişi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Hər 3 şəxs özünü qazla zəhərləyib.

Hadisə yerinə baxış keçirən mütəxəssislər maşında qeydə alınan ölüm hadisəsinin intihar olduğu qənaətinə gəliblər. Məlum olub ki, qadın Praqada, kişilər isə fərli bölgələrdə yaşayıb. Bu 3 şəxsin bir-biri ilə əlaqəsini və eyni maşında intihar etməsinin səbəblərini öyrənmək isə kifayət qədər çətin olub.

Ancaq hadisənin sirri internetdə tapılıb. Məlum olub ki, bir neçə ay əvvəl hər 3 şəxs internetdə həyatlarından peşman olanların forumunda tanış olublar. Daha sonra Praqada görüşərək intihar etmək qərarına gələn üçlük bu məqsədlə meşəyə gedərək, özlərinə qəsd ediblər.

Elnarə Əlosmanqızı
AzNews.az