Səbail rayonunda quldurluq hadisəsi baş verib. Səbail rayonunda quldurluq hadisəsi baş verib.

Siqareti olmadığı üçün döyüb, 40 manatını aldılar - Video + Foto

Səbail rayonunda quldurluq hadisəsi baş verib.


ARB TV xəbər verir ki, rayonun Badamdar qəsəbəsi ərazisində iki nəfər naməlum şəxs 34 yaşlı Müşfiq Ağayevə yaxınlaşaraq ondan siqaret istəyiblər.

Müşfiq Ağayev siqaretinin olmadığını deyəndə, həmin şəxslərdən biri onu döyməyə başlayıb və cibində olan 40 manatını götürərək ərazidən uzaqlaşıblar. Sınıq xəsarətləri alan Müşfiq Ağayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə ilə əlaqədar Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinə məlumat verilib.

Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.

AzNews.az

image description image description image description