15:05
(077) 610-22-33

Əsəbi zəiflər baxmasınlar - FOTO

  • >
969 8 Dekabr 2012 22:53 | Hadisə

Kişinin gözünə qarmaq batdı


Çinin Harbin şəhərinin Vanq Çenqqen adlı sakininin gözünə dəmir qarmaq keçib. Zibil yığarkən kişi yıxılıb və onun əlində olan qarmaq gözünə batıb. Çinli kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

AzNews.az-ın "The Daily Mail"a istinadən verdiyi xəbərə görə, həkimlər yaraya baxmaq istəsələr də, kişi qarmağı əli ilə bərk tutaraq buraxmaq istəməyib. Cünki qarmaq tərpənən zaman ona dözülməz ağrı verib. Rentgen qarmağın onun gözünə 5 sm keçdiyini göstərib.

Həkimlər dərhal əməliyyata başlayıblar və xəstənin gözünü xilas edə biliblər. Xoşbəxtlikdən qarmaq Vanq Çenqqenun göz almasını zədələməyib. Həkimlər reabilitasiyadan sonra kişinin normal həyata qayıda biləcəyini və görmə qabiliyyətini itirməyəcəyini deyirlər.

İnci
AzNews.az
Bağla X