Bakıda qadın 17 nəfərə 200 min dollar “atdı”

Bakıda axtarışda olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Alxasova Sabrina Cavidovna tutulub.

Məlumata görə, yaxalanan qadın 17 nəfərdən onları vəzifəyə keçirəcəyi və ya ali məktəblərə qəbul etdirəcəyi ilə bağlı söz verərək külli miqdarda pul alıb. Onun ümumilikdə 200 min dollara yaxın vəsaiti mənimsədiyi bildirilir.

Qeyd edək ki, S.Alxasovanın əməlləri ilə bağlı şikayətçilərin müraciəti əsasında mətbuatda çoxsaylı yazılar dərc olunub. Hazırda araşdırmalar davam etdirilir.

AzNews.az