ATV-nin əməkdaşı bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Bakı şəhər sakini, 27 yaşlı Nemət Eldar oğlu Cəfərov naməlum şəraitdə bıçaqlanıb. Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır-stabil qiymətləndirilir. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, N. Cəfərov Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşıdır.

AzNews.az