- Köhnə - Hadisə
- 11 Dekabr 2012 10:53
- 1 673
Ata özünü restoranda asdı
Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Pənah Aslan oğlu Fərzəliyev restoranın çardağında özünü asaraq intihar edib.
Mərhumun meyiti restoranın işçiləri tərəfindən aşkarlanıb. Polisdən həmçinin bildirilib ki, 2 il əvvəl P. Fərzəliyevin oğlu da intihar edibmiş. Bundan sarsıntı keçirən ata bir neçə dəfə intihara cəhd edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
AzNews.az