Bakının Qaradağ rayonunda növbəti dəfə qaz xəttində partlayış olub. Bakının Qaradağ rayonunda növbəti dəfə qaz xəttində partlayış olub.

Səngəçalda partlayış - Socardan rəsmi açıqlama - Yenilənib - Fotolar

Bakının Qaradağ rayonunda növbəti dəfə qaz xəttində partlayış olub.

AzNews.az Socar-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəbləri araşdırılır.

***

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O bildirib ki, partlayış Səngəçal qəsəbəsində olub:

"Hadisə saat 20:40-da baş verib. Qəza ötən dəfə baş verən yerə yaxın ərazidədir".