16:30
(077) 610-22-33

Bakıda 9-cu sinif şagirdi öz məktəb yoldaşını niyə bıçaqladı?- Təfərrüatlar

  • >
11 041 3 Fevral 2017 11:04 | Hadisə

Bu gün səhər saatlarında Binəqədi rayonu 217 saylı orta məktəbdə 9-cu sinif şagirdləri arasında baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

217 saylı məktəbdən AzNews.az-a verilən məlumata görə, hadisə səhər saat 07.45-də məktəbin həyətində baş verib:

“9-cu sinif şagirdi Nemət Musayev ilk öncə Elturan Əmənovun 8-ci sinifdə oxuyan qardaşı ilə zarafatlaşıb. Həmin vaxt Elturanın qardaşının sinif yoldaşları da orada olub. Sonra isə Elturan Əmənovla zarafatlaşıb. İstər vurulan, istərsə də vuran hər iki şagird hadisəni təsdiqləyir.”

Məktəbdən hazırda Elturan Əmənovun xəstəxanada həkim nəzarəti altında olduğunu qeyd etdilər.

Bu gün səhər saatlarında Binəqədi rayonu 217 saylı orta məktəbdə 9-cu sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib. Məktəbin 9-cu sinif şagirdi Nemət Musayev sinif yoldaşı Elturan Əmənovu bıçaqlayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X