Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb. Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

Bakıda marşrut avtobusunun sürücüsü bıçaqlanıb

Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb. Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.