Abşeronda mənzildə yanğın olub. Abşeronda mənzildə yanğın olub.

59 yaşlı kişi evində yanıb öldü

Abşeronda mənzildə yanğın olub.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, fevralın 3-də saat 21 radələrində Xırdalan şəhərinin Quşçuluq yaşayış sahəsində yaşayan 59 yaşlı Faiq Yusifovun evində yanğın baş verib.

Yanğının baş verməsi nəticəsində 16 kvm. sahədə evin konstuksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra F.Yusifovun yanmış meyidi mənzildən tapılıb.

Faktla bağlı araşdırma aparılır.