Bakıda ağır yol qəzası baş verib. Bakıda ağır yol qəzası baş verib.

Yolun buzunu təmizləyən qadını vurub öldürdülər - Bakıda

Bakıda ağır yol qəzası baş verib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü avtomobili ilə qaçıb.

Faktla bağlı araşdırma aparılır.