20:34
(077) 610-22-33

Bakıda mənzil yandı - Ev sahibəsinin meyiti tapıldı

  • >
1 506 7 Fevral 2017 15:56 | Hadisə

Bakıda mənzil yanıb, ev sahibəsinin meyiti aşkarlanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bağla X