"Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkasının Xəzər dənizinə uçması nəticəsində itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb. "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkasının Xəzər dənizinə uçması nəticəsində itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb.

İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb

"Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkasının Xəzər dənizinə uçması nəticəsində itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb.

Bu barədə AzNews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarmanın operatoru Vidadi Qurbanovdur:

“Ailəsinə baş sağlığı verirəm. Məkanı cənnətlik olsun. Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən, ikisi isə yerli balıqçılar tərəfindən tapılıb.”

Dekabrın 15-də "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinə məxsus yaşayış budkası Xəzər dənizinə ucub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərdən yalnız ikisinin meyiti tapılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az