Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından daha birinin şəxsiyyəti məlum olub. Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından daha birinin şəxsiyyəti məlum olub.

Naxçıvanla sərhəddə baş vermiş ağır qəzada ölən azərbaycanlılardan - daha birinin şəxsiyyəti müəyyənləşdi

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından daha birinin şəxsiyyəti məlum olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, məlumata görə, bu, Zivər Səfərovadır.

***

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.

Qeyd edək ki, bundan əvvəl qəza nəticəsində 5 Azərbaycan vətəndaşının öldüyü bildirilirdi. Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdır.

***

14:36

Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 5 azərbaycanlı ölüb.

AzNews.az xəbər verir ki, bunu “Report”un Türkiyə bürosunun əməkdaşına açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib: “İğdırdakı qəzada ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır”.

O qeyd edib ki, qəzada ümumilikdə 28 nəfər xəsarət alıb: “Qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdirilib”.