- Köhnə - Hadisə
- 22 Fevral 2017 11:18
- 3 257
Kafedə baş verən partlayışla bağlı - Rəsmi açıqlama
Zabrat qəsəbəsindəki kafelərdən birində məişətdə istifadə edilən qaz balonunun nasazlığından baş vermiş ani partlayış baş verib.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 21-də saat 13 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindəki kafelərdən birində məişətdə istifadə edilən qaz balonunun nasazlığından baş vermiş ani partlayış nəticəsində kafedə dağıntı baş verib. Orada işləyən 4 nəfər paytaxt sakini aldıqları yanıq xəsarəti ilə xəstəxana yerləşdirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.