Paytaxtın Səbail rayonu Bülbül prospektində avtomobil yanıb. Paytaxtın Səbail rayonu Bülbül prospektində avtomobil yanıb.

Hərəkətdə olan avtomobil yandı - Sürücü son anda xilas oldu

Paytaxtın Səbail rayonu Bülbül prospektində avtomobil yanıb.

ARB TV xəbər verir ki, hərəkətdə olan "Chevrolet" minik avtomobilinin mühərrik hissəsi qəfildən alışıb.

Sürücü dərhal nəqliyyat vasitəsini tərk edib. Qısa zamanda alov bütün avtomobili bürüyüb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar.

İlkin ehtimala görə yanğına avtomobil naqillərində yaranan qısa qapanma səbəb olub.

Fakt araşdırılır.

AzNews.az