21:04
(077) 610-22-33

Lerikdə qar uçqunu zamanı uçan evin qalıqları altından bir uşaq xilas edilib- Bir ailənin 4 üzvü ölüb- Yenilənib 2

  • >
14 170 23 Fevral 2017 13:42 | Hadisə

Bu gün Lerik rayonunun Orand kəndində baş verən qar uçqunu zamanı Əhliman Mustafayevə məxsus ev uçub.

Lerik rayonun fövqaladə hallar komisiyasının sədri Habil Məlikovun AzNews.az-a verdiyi məlumata görə, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus evin dağınıtlarından altından bir nəfər uşaq xilas edilib.

Bu gün Lerik rayonunun Orand kəndində baş verən qar uçqunu zamanı Əhliman Mustafayevin həyat yoldaşı, gəlini, iki azyaşlı nəvəsi dünyasını dəyişib.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atasına məxsusdur.

Qeyd edək ki, Orat kəndi dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir.

***

13:26

Hadisə rayonun Orand kəndinə qeydə alınıb.

Rayonun Orand kənd icra nümayəndəsinin AzNews.az-a verdiyi məlumata görə, qar Əhliman Mustafayevə məxsus evin üzərinə düşüb. Bu zaman ev uçub. Uçqun zamanı Əhliman Mustafayevin həyat yoldaşı, gəlini, iki azyaşlı nəvəsi dünyasını dəyişib. Bir azyaşlı nəvəsi isə ağır yaralanıb.

İcra nümayəndəsi sözü gedən kəndə təcili olaraq həkim gəlməsini xahiş etdi:

“Bizə təcili həkim lazımdır.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X