21:56
(077) 610-22-33

Yeni çəkilən yol təmirə dayandı -FOTOLAR

  • >
260 1 Fevral 2013 17:59 | Hadisə



Bir neçə gün öncə Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yeni inşa olunan tunelin artıq çökməkdə olduğunu təsdiqləyən fotolarını təqdim etmişdik.

Fotoşəkillərdən aydın görünürdü ki, tunelə gedən yol qəzalı vəziyyətdədir. Elə buna görə də bir neçə dəfə qəza baş verib.

Həmin xəbər saytımızda getdikdən sonra aidiyyəti qurumlar həmin yolun fəsadlarını aradan qaldırmağa çalışıblar. Hadisə yerində əməkdaşımıza deyiblər ki, tunelin çökməsinə səbəb asfalt qatının altının bərkidilməməsi olub.

Qeyd edək ki, tunel 2012- ci ilin dekabrında istifadəyə verilib.

Mahir Hüseynbəyli
AzNews.az
Bağla X