Şəmkirdə FHN əməkdaşı ağır yol qəzasında ölüb. Şəmkirdə FHN əməkdaşı ağır yol qəzasında ölüb.

FHN əməkdaşı ağır yol qəzasında ölüb

Şəmkirdə FHN əməkdaşı ağır yol qəzasında ölüb.



Trend-in məlumatlna görə, Şəmkir rayonunun Kür qəsəbəsində avtomobil yolunun Yeniabad kəndi ərazisindən keçən hissəsində ağır yol qəza hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsinin baş müstəntiqi Pakizə Quliyeva bildirib ki, "VAZ 21 015" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan FHN-in xüsusi riskli xilasetmə dəstəsinin bölük komandiri Elçin Yaşar oğlu Rzayev dünyasını dəyişib.
FHN-in digər əməkdaşı, gizir Emin Məzahir oğlu İsgəndərov ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az