Şirvan şəhərində sahibi məlum olmayan 2000-ci il təvəllüdlü Abdulov Elxan Elşən oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb. Şirvan şəhərində sahibi məlum olmayan 2000-ci il təvəllüdlü Abdulov Elxan Elşən oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb.

Maşın ağaca çırpıldı – 1 nəfər öldü

Şirvan şəhərində sahibi məlum olmayan 2000-ci il təvəllüdlü Abdulov Elxan Elşən oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb.



Nəticədə E.Abdulov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Avtomobildə olan şəxsiyyəti məlum olmayan digər sərnişin ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhəri mərkəzi xəstəxanasına aparılıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb.

Əməliyyat saat 07:17-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Elnarə
AzNews.az