Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üç avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub. Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üç avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

Cəlilabadda ağır yol qəzası - Ölən və yaralananların adları məlum oldu (Yenilənib)

Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üç avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

AzNews.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Masallı rayon Ərkivan qəsəbə sakinləri - 37 yaşlı Pərviz Abbas oğlu Xəlilov və 48 yaşlı Səbiyyə Ağalı oğlu Xəlilov ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəlilabad sakinləri - 46 yaşlı Zərxanım Xanış qızı Əhmədova, 51 yaşlı Azay Süleyman oğlu Əhmədov, Masallı sakinləri - 55 yaşlı Famil Kamil oğlu Xəlilov, 16 yaşlı Əsəd Kamil oğlu Xəlilov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

19:58

Cəlilabadda 2 nəfərin ölümü, təqribən 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az xəbər verir ki, bu barədə “Report”a Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "VAZ-2106”, “Chevrolet” və markası hələ ki, məlum olmayan minik avtomobili toqquşub.

Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.