Aleksandr Lapşinin anası onunla görüşüb. Aleksandr Lapşinin anası onunla görüşüb.

Aleksandr Lapşin anası ilə görüşüb

Aleksandr Lapşinin anası onunla görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl oğlu ilə görüşmək üçün Azərbaycana gələn Bella Lapşina ötən gün 1 saylı Bakı İstintaq Təcridxanasında A. Lapşinlə görüşüb.

Vəkilin bildirdiyinə görə, A. Lapşin saxlanmadan şikayət etməyib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.