Istirahət günləridə bölgəmizdə qəzasız ötüşmədi. Belə ki, 23 mart axşam saatlarında və 24 mart səhər 11 radələrində Şəki ərazisində yol qəza hadisələri baş verib. Istirahət günləridə bölgəmizdə qəzasız ötüşmədi. Belə ki, 23 mart axşam saatlarında və 24 mart səhər 11 radələrində Şəki ərazisində yol qəza hadisələri baş verib.

Bayram günlərində Şəkidə 2 qəza: Yaralılar var

Istirahət günləridə bölgəmizdə qəzasız ötüşmədi. Belə ki, 23 mart axşam saatlarında və 24 mart səhər 11 radələrində Şəki ərazisində yol qəza hadisələri baş verib.

ARB Şəki xəbər verir ki, axşam saatlarında baş verən qəza nəticəsində Bakı sakini Azər Məmmədov idarə etdiyi 90-DZ-536 dövlət nömrə nişanlı Nissan markalı avtomobillə Şəki istiqamətində olarkən qəfildən idarəetməni itirib və maşını aşırıb. Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə sürücü avtomobili idarə edərkən onun qarşısına qəfildən at çıxıb. Bu zaman sürücü atı vurmamaq üçün idarəetməni itirib və avtomobili aşırıb.

Digər hadisə isə Yevlax- Zaqatala- Gürcüstan magistral yolunun 40-cı km-də qeydə alınıb. Qəza zamanı Şəki sakini Paşayev Vüqar Əlyəsər Oğlu idarə etdiyi 90-HX-154 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobillə Mingəçevir istiqamətində hərəkətdə olarkən avtomobili 6 metr hündürlükdəki dərəyə aşırıb. Nəticədə sürücü xəsarət almasada avtomobildə olan iki nəfər, Şəki sakinləri Kərimov Natiq Vaqif oğlu və Əhmədov Tərlan Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Şəki RMX-na çatdırılıb.

Sürücünün sözlərinə görə qəzaya səbəb digər avtomobil olub.

Hər iki faktla bağlı Baş Dövlət yol polisinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır. Qəzaların dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

AzNews.az