Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“011” “Mercedes”lə toqquşdu - 1 ölü, 1 yaralı

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, qəza Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayonu Göytəpə şəhər sakini, 36 yaşlı Mirqoşqar Mürsəlovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 37 yaşlı Rəhim İsmayılovun sükanı arxasında olduğu “Mercedes” toqquşub.

Nəticədə "VAZ"-ın sürücüsü hadisə yerində dünyasını dəyişib.

Digər sürücü isə ağır vəziyyətdə Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

AzNews.az