“Binə” niyə yandı? –TƏFƏRRÜAT VAR, SƏBƏB YOX

Dünən 23 radələrində "Binə" ticarət mərkəzində baş verən yanğın hadisənin təfərrüatları məlum olub. Fövqəladə Halla Nazirliyinin məlumatına görə,
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan şüşə-alkopan konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıb. Bitişik obyektlər yanğından mühafizə olununub. Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az