18:32
(077) 610-22-33

Təyyarə qəzaya uğradı

  • >
273 3 Fevral 2013 09:55 | Hadisə

Təyyarənin göyərtəsində 50 sərnişin olub

İtaliyanın paytaxtı Roma şəhərində Rumıniyanın "Karpateyr" aviaşirkətinə məxsus ATR 72 tipli sərnişin təyyarəsi "Fyuminçino" hava limanında eniş zolağından kənara çıxaraq qəzaya uğrayıb.


APA-nın "BBC"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ən azı 2 nəfər xəsarət alıb, o cümlədən rumıniyalı təyyarə bələdçisinin onurğa sümüyü ciddi zədələnib. İtaliyanın ANSA agentliyi isə qəza nəticəsində 16 nəfərin yaralandığını bildirir.

Təyyarənin göyərtəsində 50 sərnişin olub. "Karpateyr" aviaşirkəti İtaliyanın "Alitaliya" aviaşirkəti ilə bağlanmış kontrakta əsasən Piza şəhərindən reys həyata keçirirmiş.


İlkin versiyaya görə qəzaya səbəb kəskin hava şəraiti – güclü yağış və külək olub. Pilotun səhvi versiyası da araşdırılır.

AzNews.az
Bağla X