Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İki yük avtomobili toqquşdu - Ölən var

Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonu, Müsüslü kəndində “HYUNDAİ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “HYUNDAİ” markalı yük avtomobilində sıxılan vəziyyətdə qalan 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 6:00-da başa çatıb.