12:54
(077) 610-22-33

Ailə faciəsi: ana öldü, ata və uşaqlar ağır yaralı

  • >
174 3 Fevral 2013 23:44 | Hadisə

Bakı-Qazax yolunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.



APA-nın yerli bürosunun məlumatına görə, hadisə fevralın 3-də axşam saat 21:00 radələrində yolun 188-ci kilometrliyində, Kürdəmirin Karrar kəndi ərazisində qeydə alınıb.



1972-ci il təvəllüdlü, Ağdaş rayon sakini Bəkirov Mətləb Fazil oğlunun idarə etdiyi 10-MD-230 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını qarşı tərəfədn gələn İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Seyidov Mirhasil Mirhadı oğlunun idarə etdiyi 30-AC-025 dövlət nömrə nişanlı "KaMAz" markalı yük maşını ilə toqquşub.



Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "Mercedes"in sürücüsünün övladları- 2000-ci il təvəllüdlü Bəkirov Ağabala Mətləb oğlu və 1998-ci il təvəllüdlü Bəkirova Nuranə Mətləb qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti ağır olaraq qalır.



Sürücünün həyat yoldaşı isə aldığı xəsarətlərdən dünyasını dəyişib. Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.



Hadisə yerində isə Baş Dövlət Yol Polisi İdasərinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bağla X