Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb

Ölümlə nəticələnən yol qəzası

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb




Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sürücü Mirzəyev Əhməd Azadəli oğlu idarə etdiyi 10-SF-245 dövlət qeydiyyat nişanlı "Tofaş Şahin" markalı avtomobillə Zabrat-Pirşağı istiqamətində hərəkət edərkən Kürdəxanı qəsəbəsində yolu keçən piyada, 1941-ci il təvəllüdlü Məmmədov Eldar Rza oğlunu vurub.

Piyada aldığı xəsarətdən xətəxanada ölüb.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin 263.2 maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işinə başlanıb.

AzNews.az