Bu gün gənclərin deputat Hadı Rəcəbliyə verdiyi üç günlük möhlət bitir Bu gün gənclərin deputat Hadı Rəcəbliyə verdiyi üç günlük möhlət bitir

Hadı Rəcəblinin qara günləri başlayır

Bu gün gənclərin deputat Hadı Rəcəbliyə verdiyi üç günlük möhlət bitir





Bu gün gənclərin deputat Hadı Rəcəbliyə verdiyi üç günlük möhlət bitir. AzTV efirində söyüş söydüyünü etiraf edən H.Rəcəbli bunu ermənilərin ünvanına səsləndirdiyini qeyd etsə də, bu izahat onu xilas etmədi.

Gənclərin facebook-da başladığı kampaniya davam etdi və bu gün onun yekunlaşacağı gözlənilir. Nəticə olaraq deputatın telefon nömrələri yayılacaq və hər kəs ona "özünsən" SMS-i göndərəcək. Facebook şəbəkəsində "Hadı Rəcəbli cəzalandırılsın" səhifəsi də yaradılıb. Baxmayaraq ki, deputat heç kəsdən üzr istəməyəcəyini bəyan etmişdi. Sonra vəziyyətin ciddiliyini dərk edib Azərbaycan gənclərini 2 fevral günü münasibəti ilə təbrik edərək iqtidar-müxalifətli bütün gəncləri öz övladları saydığını vurğulamışdı.

Ancaq deputatın açıqlaması gənclərin könlünü ala bilmədi. Kampaniya barədə Almaniyada yaşayan blogger Həbib Müntəzir də son statuslarından birində deputata verilən möhlətin artıq bitdiyini yazıb: "Hadı Rəcəbli müsahibə verib və efirdə söyüş söydüyünü etiraf edib. Amma o, erməni gəncini söydüyünü bildirib. Üzr-filan istəməyəcəyini deyib. Və onu da əlavə edib ki, SMS-lə "Özünsən" kampaniyasını başladan gənclər erməni diasporunun təsiri altına düşüblər. Görəsən erməni olmasaydı, bu yaptokratlar hər şeyi kimin üstünə atardılar? Ümumiyyətlə verilişdə Azərbaycandakı azad təfəkkürlü gənclərdən söhbət gedirdi və söyüş də onlara ünvanlanmışdı. Erməninin nə iti azıb axı mövzuda? İkincisi, hansı haqla televiziya vasitəsilə küçə söyüşü söyüb, insanların evinə girmə cəsarəti göstərir və buna bəraət qazandırır? Hər bir halda Hadı müəllim üzr istəməsə, telefon nömrəsinə gələcək SMS-lərlə ona Azərbaycan gənclərinin diaspor gücünü göstərəcəyik".

Kampaniya təşkilatçılarından olan Kənan Qasımlı və İlkin Rüstəmzadə də deputat üzr istəməyəcəyi halda təklif olunan variantdan istifadə edəcəklərini açıqladılar. AXCP gənclər komitəsinin üzvü Nihat Hüseyn də kampaniyaya qoşulacaqlarını dedi.

Qeyd edək ki, AzTV-nin efirində "destruktiv gənclərin" fəaliyyəti tənqid olunub, onların xarici qüvvələrin təsiri altında olduğu vurğulanıb.

AzNews.az