19:12
(077) 610-22-33

Vicdan məhbusu Ülvi Quliyevə və ailəsinə təzyiqlər başlayıb

  • >
325 4 Fevral 2013 10:26 | Hadisə

Yanvarın 28-də Müsavat Partiyasının başqanı İsa Qəmbəri Lənkəran səfərində müşayiət edən partiya fəalı Ülvi Quliyev və ailəsi təzyiqlərə məruz qalır. Bu barədə Turan-a partiyadan məlumat verilib.

Yanvarın 29-da Qoşqar adlı sahə müvəkkili 3 polis əməkdaşı ilə Ü.Quliyevin Səbayel rayonundakı evinə gələrək atası Abdulla Quliyevdən oğlunun Lənkərana getməsilə maraqlanıb. Sahə müvəkkili ailə üzvlərinin çalışdığı iş yerlərini soruşub, siyasi fəaliyyətinə son qoymasa Ü.Quliyevin yenidən həbs olunacağını deyib.

Zəng edərək özünü Bakı polisinin əməkdaşı kimi təqdim edən şəxs Ü.Quliyevin qardaşı Zamiq Quliyevə hədə-qorxu gəlib. Ü.Quliyevin yaşadığı evə Səbayel Rayon İcra Hakimiyyəti və Mənzil İstismar İdarəsindən zəng olub, evdə qeydiyyatda olan şəxslərin adları soruşulub.

Açıqlamada Ü.Quliyevə və ailə üzvlərinə təzyiqlər vətəndaşların sərbəst hərəkətinə məhdudiyyət, insan hüquqlarının pozulması sayılır. Rəsmi Bakıdan bu özbaşınalığa son qoyulması və qanunu pozanların dərhal cəzalandırılması tələb edilir.

AzNews.az
Bağla X