03:48
(077) 610-22-33

Mikroavtobus aşdı - Yaralılar var

  • >
2 002 20 Aprel 11:01 | Hadisə

Bakı-Qazax yolunun 198-ci km-də, Ucar rayonu Müsüslü kəndində ağır yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Bakıdan Gəncəyə hərəkət edən “Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan şərnişinlər - Gəncə şəhərində məskunlaşmış Kəlbəcərli məcburi köçkünlər, 44 yaşlı Aybəniz Musayeva, 49 yaşlı İlqar Abbasov, 46 yaşlı Vidadi Abbasov, 50 yaşlı Fərrux Abbasov, 65 yaşlı Osman Həsənov və Göygöl rayon sakini, 54 yaşlı Rəbiyə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az

Bağla X