09:35
(077) 610-22-33

Qardaşı tərəfindən qətlə yetirilən Sərxan şəkil çəkdirmək istəyib: “Tüfəngi başıma dirə...”

  • >
8 151 21 Aprel 12:17 | Hadisə

Tovuz rayonunda qardaşı tərəfindən güllələnən 22 yaşlı Sərxan İsmayılovun qətlinin bəzi təfərrüatları məlum olub.

İbrahimhacılı kənd sakinlərinin AzNews.az-a bildirdiyinə görə, hadisə iki qardaşın şəkil çəkdirmək istəyi nəticəsində baş verib:

“Ov zamanı İbrahim İsmayılov qardaşı Sərxan İsmayılova deyib ki, gəl tüfəng başımızda şəkil çəkdirək. Bu təklif Sərxanın xoşuna gedib. Deyib ki, tüfəngi başıma dirə və şəkilimi çək. Bundan sonra İbrahim kiçik qardaşı Sərxanın başına 16 mm çaplı ov tüfəngini dirəyəndə onun barmağı qəfildən tətiyə ilişib. Elə həmin anda tüfəngdən atəş açılıb və Sərxan İsmayılov elə oradaca ölüb.”

Kənd sakinləri deyib ki, Sərxan İsmayılov bu gün dəfn olunacaq:

“Hazırda atalarını gözləyirlər. Uşaqların atası böyük oğlu ilə Rusiyada yaşayır. Onlar 3 qardaşdır. Digər iki qardaş isə anası ilə birlikdə kəndə yaşayırlar.”

Tovuz rayonunda qətl hadisəsi baş verib. Rayonun İbrahimhacılı kənd sakini 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X