Həyat yoldaşının qətlində ittiham olunan Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib. Həyat yoldaşının qətlində ittiham olunan Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib.

Bəraət alan qadının işinə yenidən baxılacaq- Prokurorluq həbsini tələb edir

Həyat yoldaşının qətlində ittiham olunan Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib.

AzNews.az virtualaz.org saytına istinadən xəbər verir ki, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclası aprelin 24-nə təyin edilib.

Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.

Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub.

Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı ana babasının evində olub.

Məhkəmənin hökmü ilə Nuridə Kərimovanın əməlində cinayət tərkibi olmadığına görə, ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 23-də Ramana qəsəbəsində baş verib. Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.